"Qalatasaray" azarkeşləri bıçaqlandı - Derbidən öncə

"Qalatasaray" azarkeşləri bıçaqlandı - Derbidən öncə

Türkiyədə bu gecə "Beşiktaş"la "Qalatasaray" arasında baş tutacaq Super Kubok matçından öncə gərgin xəbərlər gəlir. Fanat.Az yerli mediaya istinadən xəbər verir ki, Konyada baş tutacaq matçdan öncə iki komandanın fanatları arasında dava düşüb.

Hadisə Konya-Ankara avtomobil yolunda baş verib. Məlumata görə, iki komandanın fanatlarını daşıyan avtobus yolda istirahət üçün dayanıb. Bu zaman azarkeşlər arasında dava düşüb, tərəflər bir-birinə daş və taxta parçaları ilə hücum çəkib. Nəticədə 3 "Qalatasaray" azarkeşi bıçaqlanıb.

Olay təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra sakitləşdirilib. Hadisədən dərhal sonra əraziyə çox sayda ambulans göndərilib. Yaralılar xəstəxanalara yerləşdirilib, polis araşdırmaya başlayıb.

Qeyd edək ki, bu gün səhər "Qalatasaray" fanatlarının Konyada "Beşiktaş" azarkeşlərini daşıyan avtobusu daşa basması ilə bağlı xəbərlər yayılmışdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər