"Oyunun favoriti Azərbaycandı"

"Oyunun favoriti Azərbaycandı"
"Bütün diqqətlərimiz bu matça yönəlib. 2016-cı ildə Avropa çempionatında daha çox komanda iştirak edəcək. Bu səbəbdən də bütün komandalar istəyinə çatmaq üçün sona kimi vuruşacaq". Fanat.az xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi Lyuboslav Penev deyib.
Bolqarıstan sabha milli komandamızın qonağı olacaq. Bu gün Bakıda mətbuat konfrası keçirən rəqibin baş məşqçisi fikirlərini bildirib: "Azərbaycanın bir neçə oyuna baxmışam. Amma komandanın zəif cəhətlərini deməyəcəyəm. Hər zaman komandam meydana qələbə üçün çıxır. Bu dəfə də istinsa olmayacaq. Onu da deyim ki, bu, çox çətin qrupdu. Qrupumuz seçmə mərhələnin ən güclülərindəndi".
"Bəzi futbolçularınız Azərbaycan millisinə aşağıdan yuxarı baxır. Siz də eyni fikirdəsiniz" sualına Penev belə cavab verib: "Mən belə düşünmürəm. Əksinə, sabahkı oyunun favoriti Azərbaycandı. Çünki evdə, öz azarkeşləri qarşısında oynayırlar. Biz də oyuna yaxşı hazırlamışıq. Nəzərə alın ki, qonaq kimi də yaxşı oynayırıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər