"Nyukasl" Entoni Qordonun əvəzləyicisini tapdı

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini tapdı

İngiltərənin "Nyukasl" klubu "Barselona"ya transfer olan Entoni Qordonun boşluğunu doldurmaq üçün hərəkətə keçib.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi "Real Betis"in vingeri Abde Ezzalzoulini əsas hədəf olaraq müəyyənləşdirib.

Mərakeşli futbolçunun sərbəstqalma məbləği 60 milyon avro olsa da, tərəflərin daha aşağı qiymətə razılığa gələ biləcəyi vurğulanır.

"Çelsi" də oyunçunu yaxından izləyir, lakin "sağsağanlar" bu yarışda ön sıraya keçmək üçün ciddi təzyiq göstərir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər