"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

Premyer Liqanın ən zəngin klublarından olan "Nyukasl Yunayted" gələcəyin komandasını qurmaq yolunda pul kisəsinin ağzını açıb.

Fanat.Az Almaniyanın "Sky DE" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl" "Frayburq"un gənc istedadı Yohan Manzambinin transferi üçün Almaniya klubu ilə 60 milyon avro qarşılığında anlaşıb.

İngiltərə təmsilçisi hazırda 20 yaşlı isveçrəli hücumameyilli futbolçunun özü ilə şəxsi müqavilə şərtlərini müzakirə edir.

Danışıqlar müsbət yekunlaşacağı təqdirdə, bu keçid yay pəncərəsinin ən səs-küylü imzalarından biri olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər