"Neftçala" Bakıya köçdü

"Neftçala" Bakıya köçdü
Peşəkar Futbol Liqası I divizionda iki matçın keçirilmə yerini dəyişib. Fanat.az xəbər verir ki, hava şəraiti səbəb olub.
Sabah baş tutacaq "Qaradağ" - "Şəmkir" matçı Lökbatan qəsəbəsindəki Olimpiya İdman Kompleksində yox, Binə qəsəbə stadionunda keçiriləcək.
Bazar günü baş tutacaq "Neftçala" - "Araz" qarşılaşması isə Neftçalada yox, Bakıda - "Bayıl Arena"da baş tutacaq. Matçın start fiti saat 18.00-da çalınacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər