"Milan" qrupda, "Şaxtyor" Avroliqada

"Milan" qrupda, "Şaxtyor" Avroliqada
Çempionlar Liqasında təsnifat mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha 5 qarşılaşma keçirilib və qrup mrhələsinin son 5 iştirakçısı müəyyənləşib.
"Zenit" səfərdə 4:1 hesablı ilə yendiyi "Pakuş Fereyra"ya evdə də qalib gəlib - 4:2. "Milan" Hollandiyada ilə sühlə razılaşdığı PSV-yə evdə divan tutub - 3:0. "Seltik" "Şaxtyor"u eyni hesabla yenib. Bununla da Qazaxıstan təmsilçisi Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququnu əldə edib. "Real Sosyedad" Lion "Olimpik"ini səfərdəki kimi 2:0-lıq nəticə ilə mübarizədən kənarlaşdırıb. "Viktoriya" isə səfərdə 3:1 hesabı ilə yendiyi "Maribor"dan üstün olub - 1:0.
Beləliklə, "Milan", "Viktoriya", "Real Sosyedad", "Selik" və "Zenit" Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Bir gün əvvəl isə "Arsenal", "Şalke 04", "Bazel", "Styaua" və "Austriya" bu vəzifənin öhdəsindən gəlmişdi.
Çempiolar Liqası
Pley-off mərhələsi 
Cavab oyunları
28 avqust
Zenit (Rusiya) - Pakuş Fereyra (Portuqaliya) 4:2
Qollar: Danni, 29; 48. Aleksandr Buxarov, 66. Andrey Arşavin, 78 - Manuel Joze, 67. Karlao, 83.
İlk oyun - 4:1.
Seltik (Şotlandiya) - Şaxtyor (Qazaxıstan) 3:0
Qollar: Kris Kommons, 45+2. Georgios Samaras, 48. Ceyms Forrest, 90+2.
İlk oyun - 0:2
Real Sosyedad (İspaniya) - Olimik (Lion, Fransa) 2:0
Qollar: Karlos Vela, 67; 90+1.
İlk oyun - 2:0
Milan (İtaliya) - PSV (Hollandiya) 3:0
Qollar: Kevin-Prinse Boatenq, 9; 77. Mario Balotelli, 55.
İlk oyun - 1:1
Maribor (Sloveniya) - Viktoriya (Çexiya) 0:1
Qol: Stanislav Tekl, . 
İlk oyun - 1:3 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər