İtaliyanın "Milan" klubu inanılmaz səhvə yol verib. Fanat.az xəbər verir ki, A Seriyası təmsilçisi futbolçusunu unudub.
Belə ki, "Milan" Çempionlar Liqası üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Lakin M`Baye Nianqın adı yaddan çıxıb və siyahıya salınmayıb. Bu səbəbdən gənc fransız Çempionlar Liqasında oynaya bilməyəcək.
Yanlışlığa isə siyahını hazırlayan klub rəsmisi Umberto Qandini yol verib. Belə ki, o, səhvən Stepan El Şaravinin adını A siyahısına yazıb. UEFA-nın qaydalarına əsasən 15-21 yaş arasındakı futbolçular klubda 2 ildən artıqdı oynayırsa, onların adı B siyahısına salına bilər. Yəni həmin futbolçular A siyahısında yer tutmur. Qandini isə səhvən Şaravini A siyahısına salıb və Nianq unudulub.
Artıq klub rəsmi saytı vasitəsi ilə bununla bağlı açıqlama yayıb: "Klubun təşkilatçısı Umberto Qandini bu səhvə görə bütün məsuliyyəti üzərinə götürüb. O, çox peşiman olub və "Milan" ailəsindən üzr istəyir".
Fanat.az