"Mövsümün ilk üç turuna nəzər salsaq, həm müsbət, həm də üzərində işləməli olduğumuz məqamları görə bilərik". Bu sözləri Fanat.Az -a açıqlamasında "Zaqatala"nın kapitanı Sərxan Abdullayev deyib. İlk 3 oyunda 4 xal qazanan bölgə təmsilçisinin ən yaşlı futbolçusu vəziyyəti belə dəyərləndirib: "İlk oyunda Mingəçevir səfərində idik. Çox yaxşı oyun sərgilədik. Nəzərə alsaq ki, komandamız gənc oyunçulardan ibarətdir və uşaqların bəziləri üçün bu, Birinci Liqada ilk təcrübə idi, səfərdən 1 xalla qayıtmaq bizim üçün pis başlanğıc deyildi. Növbəti turda "Baku Sportinq"ə qarşı oyunumuz isə komandamızın əsl potensialını ortaya qoydu. Meydanda tam üstün, inamlı bir oyun nümayiş etdirdik və haqq etdiyimiz 3 xalı qazandıq. Üçüncü turda "Karvan-Yevlax"a qarşı səfər qarşılaşmasına da əslində, çox yaxşı, istəkli başlamışdıq. Lakin təəssüf ki, hələ 6-cı dəqiqədə azlıqda qalmağımız bütün planlarımızı pozdu və oyunun gedişatını tamamilə dəyişdi. Çox erkən 10 nəfərlə qalmaq ağır durum idi və nəticədə məğlubiyyətlə barışmalı olduq. Amma bu məğlubiyyət komandanın ruhdan düşməsinə səbəb ola bilməz. Hazırda bütün fikrimiz gələcək oyunlara yönəlib. Bizim məqsədimiz yalnız Birinci Liqada qalmaq deyil. Biz turnir cədvəlinin yuxarı pillələri uğrunda mübarizə aparırıq və mövsümün sonunda məhz o yuxarı yerlərdə qərarlaşmaq istəyirik. Komandamızın xarakteri və potensialı uğurlu nperformans sərgiləməyə imkan verir. Növbəti oyunlarda da bunu meydanda sübut edəcəyik". Nihat
"Məqsədimiz yalnız Birinci Liqada qalmaq deyil" - "Zaqatala"nın kapitanı inamlı danışdı
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif
Oxşar xəbərlər
Tv Afişa
10:43
27.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:06
27.11.2026
1-ci Liqa: İlk dövrəyə Masazırda yekun vurulur
Azərbaycan futbolu
09:21
27.11.2026
Region məşqçilərinə lisenziyalar verildi
Azərbaycan futbolu
09:00
27.11.2026
MPL: "Nəhs tur" Yevlaxda başlayır, "Neftçi" "Zirə"yə qarşı