"Mançester Yunayted"in braziliyalısı La Liqada oynayacaq

"Mançester Yunayted"in braziliyalısı La Liqada oynayacaq

"Mançester Yunayted"in hücumçusu Antoni karyerasını İspaniya çempionatında davam etdirməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb. 

Mənbənin məlumatına görə, 24 yaşlı braziliyalı hücumçu "Betis"in hədəfindədir. Sevilya komandası Antonini cari mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir. Artıq tərəflərin ilkin danışıqlar apardığı bildirilir. Tezliklə ona rəsmi təklif göndəriləcək. 

Antoni bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 10 matçda iştirak edib və 1 qolla yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər