"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

"Mançester Yunayted" gənc kolumbiyalını rənglərinə bağladı - RƏSMİ

“Mançester Yunayted” Kristian Oroskonu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı “qırmızı şeytanlar”ın mətbuat xidməti yayıb.

MY gənc oyunçunu Kolumbiyanın elita təmsilçisi “Fortalesa”dan transfer edib.

18 yaşlı yarımmüdafiəçi ötən mövsüm 5 matçda meydanda olub. Orosko ölkəsinin U-17 millisinə müntəzəm dəvət alır.

O, ilk olaraq “Mançester Yunayted”in akademiyasında məşqlərə qoşulacaq.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər