"Mançester Yunayted" Bakıya gələcək. Fanat.az xəbər verir ki, bu barədə jurnalistlərə klubla əməkdaşlıq edən "Bakcell" şirkətinin rəhbəri Riçart Şirer məlumat verib.
O bildirib ki, "qırmızı şeytanlar" hər mövsümlərarası fasilədə turneyə çıxır. Elə Mançesterin təmsilçisinin həmin müddətdə Bakıya gətirilməsi planlaşdırılır: "Digər variant isə hazırda inşası davam edən Bakı Olimpiya stadionun açılış mərasimi ola bilər. Hazırda bu istiqamətdə danışıqlar gedir. Bu səfərin gerçəkləşəcəyinə inanırıq".
Fanat.az