"Mançester Yunayted" rəhbərliyi "Oser" klubunda çıxış edən və hazırda diqqət mərkəzində olan Lasin Sinayoko üçün sürpriz bir keçid planlaşdırır.
Fanat.Az xəbər verir ki, tərəflər arasında transfer danışıqları artıq irəli mərhələyə qədəm qoyub.
"365Scores" nəşrinin məlumatına görə, 26 yaşlı malili hücumçunun Fransa klubu ilə müqaviləsinin müddəti bu yay başa çatacağı üçün İngiltərə nəhəngi bu fürsətdən maksimum yararlanmaq niyyətindədir.
Afrika Millətlər Kubokunda (AFCON) keçirdiyi 2 oyunda 2 qol vuraraq skautları heyran qoyan forvardın "Old Trafford"a köçməsi an məsələsidir.
Əgər bu transfer baş tutarsa, o, "qırmızı şeytanlar"ın hücum xəttindəki yaradıcılıq boşluğunu dolduran əsas simalardan birinə çevrilə bilər.
Kamil Xudiyev