Xorvatiya yığmasının və "Liverpul"un müdafiəçisi Deyan Lovren AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oynaya bilməyəcək. Fanat.az xəbər verir ki, ayağından zədə alan və kəskin ağrıları olan futbolçunun həm Bolqarıstana, həm də millimizə qarşı forma geyə bilməyəcəyi xəbər verilir.
Qeyd edək ki, Deyan Lovren 2009-cu ildən Xorvatiyanın A millisinə çağırılıb. Bu müddətdə o, 30 dəfə əsas komandanın formasını geyinib və 2 qola imza atıb. Bu yay "Liverpul"a transfer olunan 25 yaşlı mərkəz müdafiəçisi əvvəllər Xorvatiyanın "Dinamo", "İnter", Fransanın "Olimpik" (Lion) və İngiltərənin "Sautqempton" klublarında top qovub.
Fanat.az