"Liverpul"un istədiyi argentinalı forvard

"Liverpul"un istədiyi argentinalı forvard
"Liverpul" "River Pleyt"in futbolçusuna elçi düşüb. Fanat.az xəbər verir ki, Premyer Liqa klubu Lukas Alarionu heyətiqə qatmaq istəyir.
Artıq "Liverpul" Argentina klubuna təklif də göndərib. Amma tərəflər hələlik maliyyə məsələlərində anlaşa bilməyib. Belə ki, inglislər 5.7 milyon funt-sterlinq təklif edib, argentinalılar 8.5 milyon funt-sterlinq istəyib.
Lukasın xidmətində "Liverpul"la yanaşı, "Ayaks", "İntep" və "Palermo"nun da maraqlı olduğu bildirilir.
Qeyd edək ki, 23 yaşlı hücumçu 2015-ci ildə Argentinanın "Kolon" klubundan "River Pleyt"ə 2 milyon avroya transfer olunub. O, bu klubun heyətində keçirdiyi 26 oyunda 12 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər