Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, "Liverpul" "Vilyarreal"ı mübarizədən kənarlaşdırıb.
Səfərdə 0:1 hesabı ilə yenilən İngiltərə klubu evdə rəqibini darmadağın edib - 0:3. Hesabı 7-ci dəqiqədə avtoqol müəllifi olan Bruno açıb. 63-cü dəqiqədə Daniel Sturridge, 81-ci dəqiqədə Adam Lallana fərqlənib. 71-ci dəqiqədə "Vilyarreal"dan Vivtor Ruiz qırmızı vərəqə alıb.
Fanat.az