"Liverpul" 6-cı transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, Premyer Liqa klubu "Sautqempton"dan Nataniel Klineni transfer edib.
Bu barədə "Liverpul" rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
İngiltərə mətbuatının məlumatına görə, "Liverpul" bu transferə görə, "Sautqempton"a 17,7 milyon avro ödəyib.
Qeyd edək ki, 2012-ci ildə "Kristal Palas"dan "Sautqempton"a transfer olunan Kline 2014/15 mövsümündə 41 oyun keçirib və 3 qol vurub. O, İngiltərə millisində 5 oyun keçirib.
"Liverpul" bundan əvvəl Ceyms Milneri, Danni İnqsi, Adam Boqdanı, Co Qomesi və Roberto Firminonu heyətinə qatmışdı.
Fanat.az