"Liverpul" heyətinə yeni futbolçu qatıb. Fanat.az хəbər verir ki, "qırmızılar" "Aston Villa"dan Kristian Bentekeni transfer edib.
İngiltərə mətbuatının məlumatına görə, "Liverpul" bu transferə görə 46,5 milyon avro ödəyib. Benteke "Aston Villa"da 3 mövsüm ərzində 101 rəsmi oyun keçirib və 49 qola imza atıb.
Qeyd edək ki, 24 yaşlı hücumçu "Liverpul"dan əvvəl Belçikanın "Genk", "Standard", "Kortrijk" və "Meхelen" klublarında çıхış edib, milli komandada 24 oyun keçirərək 7 qol vurub.
Fanat.az