"Liverpud" "Sautqempton"dan Sadio Maneyə elçi düşüb. Fanat.az xəbər verir ki, "qırmızılar" seneqallı hücumçu üçün qarşı tərəfə 30 milyon avro təklif edir.
"Sautqempton" Maneni 2014-cü ildə "Zalsburq"dan 15 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 43 rəsmi oyuna çıxan 24 yaşlı forvard 15 qol vurub.
Fanat.az