"Liverpul"da iki ciddi itki

"Liverpul"da iki ciddi itki
İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Stok Siti"nin qonağı olan "Liverpul" iki ciddi itki ilə üzləşib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, əvvəlcə komandanın yarımmüdafiəçisi Filippo Koutinyo zədələnib.
Sol ayağından zədələnən braziliyalı futbolçu matçın 18-ci dəqiqəsində əvəzlənib. Daha sonra komandanın müdafiəçisi Deyan Lovren də zədə səbəbindən 34-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Hələlik hər iki futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edək ki, "Stok Siti" - "Liverpul" oyunu 0:1 hesabı ilə qonaqların qələbəsi ilə başa çatıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər