"Liverpul"a ağır zərbə - VİDEO

"Liverpul"a ağır zərbə - VİDEO
İngiltərə Premyer Liqasında XXXVI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, lider "Liverpul" bu turda "Çelsi"ni qəbul edib.
Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Çelsi"nin heyətində Demba Ba və Villian fərqlənib.
Çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" isə "Kristal Palas"ın qonağı olub. Bu oyunda da qonaqlar 2:0 hesablı qələbə qazanıb. "Şəhərlilər"i sevindirən qollara Eden Dzeko və Yaya Ture imza atıb.
Qeyd edək ki, "Liverpul" 36 oyundan sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. "Çelsi"nin 78 xalı var. Ehtiyatda bir oyunu olan "Mançester Siti" isə 77 xalla 3-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər