Avropa Liqasının 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Fanat.az xəbər verir ki, ilk oyunda "Mançester Yunayted"i 2:0 hesabı ilə yenən "Liverpul" cavab matçında "sülh"ə razılaşıb - 1:1.
Qrup mərhələsində "Qəbələ"yə rəqib olan "Borussiya" (Dortmund) da mərhələ adlayıb. İlk oyunda "Tottenhem"i 3:0 hesabı ilə udan almanlar səfər matçında da qələbə qazanıb - 2:1.
Fanat.az