"Liverpul" yayın ilk transferini indidən reallaşdırıb. Fanat.az xəbər verir ki, Yurgen Kloppun başçılıq etdiyi komanda "Şalke 04"dən Coel Matipi transfer edib.
Yayda Almaniya klubu ilə müqaviləsi başa çatacaq kamerunlu futbolçu "Liverpul"a transfer haqqı ödənmədən keçəcək.
"Şalke 04" rəsmi saytı ilə məlumat yayaraq Coel Matipin mövsümün sonunda "Liverpul"a transfer olunacağını açıqlayıb.
Qeyd edək ki, 2009-cu ildən "Şalke 04"də çıxış edən 24 yaşlı mərkəz müdafiəçisi Kamerun millisinin üzvüdü.

Fanat.az