"Liverpul" - "Mançester Yunayted": Avropada ilk dəfə

"Liverpul" - "Mançester Yunayted": Avropada ilk dəfə

İngiltərənin iki köklü klubu avrokuboklar tarixində ilk dəfə qarşılaşacaq. Fanat.az xəbər verir ki, "Liverpul" və "Mançester Yunayted" Avropa Liqasının 1/8 final mərhələsində rəqib olub.

Bu gün İsveçrənin Sürix şəhərində baş tutan püşkatma mərasimində tarixi olay qeydə alınıb. İngiltərədəki müxtəlif turnirlərdə bir-birinə tez-tez rəqib olan komandalar Avropada ilk dəfə üz-üzə gələcək.

Qeyd edək ki, "Liverpul" indiyədək 3 dəfə Avropa Liqasının qalibi olub. "Mançester Yunayted" isə hələ bu turniri qazana bilməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər