"Liverpul" çempionluğa doğru... - VİDEO

"Liverpul" çempionluğa doğru... - VİDEO

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, turun mərkəzi oyunu "Liverpul" və "Mançester Siti"ni arasında keçirilib.

Lider ilk yarıda Raheem Sterlinq və Martin Skrtelin qolları ilə 2:0 hesablı üstünlük yaradıb. Lakin "Mançester Siti" ikinci hissənin əvvəlində David Silvanın qolu və Qlen Yohnsonun avtoqolu sayəsində bərabərliyi təmin edib. Lakin "Liverpul" matçı qələbə ilə başa vura bilib. 78-ci dəqiqədə Filippe Koutinyonun qolu "qırmızılar"ı sevindirib.

"Çelsi" isə "Suansea"nın qonağı olub. London klubu 68-ci dəqiqədə Demba Banın qolu ilə qələbəni bayram edib. 

Qeyd edək ki, 34 oyunda 77 xal toplayan "Liverpul" ilk pillədə qərarlaşıb və ən yaxın izləyicisi "Çelsi"ni 2 xal qabaqlayır. 3-cü pillədəki "Mançester Siti" isə 32 oyunda 70 xal toplayıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər