Daha bir futbolçu karyerasını Çində davam etdirə bilər. Fanat.az xəbər verir ki, "Liverpul" Mario Balotellini Asiya ölkəsinə satmaq istəyir.
İtaliya yığmasının üzvü müqavilə ilə "Liverpul"a məxsus olsa da, icarə əsasında "Milan"da çıxış edir. İngiltərə klubu onu geri qaytarmaq istəmir, "Milan" isə transfer hüququnu almaqda maraqlı deyil. Bu səbəbdən də ingilislər Balotelli üçün Çində müştəri axtarır.
Qeyd edək ki, Balotelli "Milan" və "Liverpul"dan başqa İtaliyanın "Lumezzane", "İnter" və İngiltərənin "Mançester Siti" klublarında çıxış edib.
Fanat.az