Fransanın "Nant" klubunun müdafiəçisi Natan Zeze karyerasını İngiltərə Premyer Liqasında top-klubda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.
Xəbərə görə, "Liverpul" 19 yaşlı mərkəz müdafiəçisinin transferində maraqlıdır. Fransa tərəfi onun üçün təxminən 20 milyon avro ödəyəcəkləri təqdirdə Zezeni satmaq variantını nəzərdən keçirməyə hazırdır.
"Transfermarkt" futbolçunun dəyərini beş milyon avro qiymətləndirir.
Zeze ilə "Nant" arasında hazırki müqavilənin müddəti 2028-ci ilə qədərdir. Fransa çempionatının cari mövsümündə müdafiəçi iki oyun keçirib və sarı vərəqə alıb.
Mirağa