İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində astronomik sayda qol qeydə alınıb. Fanat.az xəbər verir ki, bu, "Liverpul" - "Midlsbro" qarşılaşmasında baş tutub.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Belədə, matçsonrası penaltilərə ehtiyac duyulub.
Əsl həngamə də bu vaxt başlayıb. Qalibi müəyyənləşdirmək üçün topa yaxınlaşan 5 futbolçufutbolçu eyni sayda dəqiq zərbə yerinə yetirib. Daha sonra heyətdə yer alan digər oyunçular "nöqtə"yə yaxınlaşıblar. Lakin yenə də eyni sayda qol qeydə alınıb. Bundan sonra bəzi oyunçular yenidən "nöqtə"yə yaxınlaşmalı olub.
Nəticədə, penalti seriyasında 27 zərbəyə ehtiyac duyulub və "Liverpul" 14:13 hesablı qələbə qazanıb. Ümumi hesab isə 16:15 kimi tarixə düşüb.
Fanat.az