"Komandada dəyişikliklər olacaq" - Roman Qriqorçuk

"Komandada dəyişikliklər olacaq" - Roman Qriqorçuk

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə AZAL-ı 1:0 hesabıyla məğlub edərək yarımfinala yüksələn “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis oyunla bağlı bunları deyib:

 

- İlin son oyunu idi. Ümumilikdə ili komandam üçün uğurlu sayıram. Yaxşı nəticələr qazandıq. Hamınızı yeni il münasibətilə təbrik edirəm.

 

- Növbəti mərhələdə rəqibiniz “İnter”di. Bu komandanı məğlub etmək elə də asan deyil...

- Bununla bağlı danışmaq hələ tezdi. “İnter” yox, başqa komandayla düşsəydik belə asan olmayacaqdı. Yarımfinalda zəif rəqib yoxdu.

 

- Komandanın qış planı necədi?

- Bunun üzərində işləyirik. Ancaq konkret bir şey yoxdu. Komandada dəyişikliklər olacaq. Oyunçu tapmaqda çətinlik çəkirik.

 

- Oyunda qolu yerli futbolçu vurdu. Matçda sonradan iki gənc oyunçuya şans verdiz. Gələcəkdə yerli gənclərə şans verməyi düşünürsüz?

- Bütün gənclərimizin şansı var. Mən özüm də istəyirəm ki, onlar şans qazansınlar. Biz bunun üzərində işləyirik. Gənclərdə elədi ki, onlar stabil qalmırlar. Qarşıdan təlim-məşq toplanışı gəlir. Bu təlim-məşq toplanışında çoxlu gənclərə şans verəcəyik.(Apasport.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər