"Karvan-Yevlax" başladı

"Karvan-Yevlax" başladı

1-ci Liqanın iddialılarından olan "Karvan-Yevlax"ın futbolçularının istirahət dönəmi başa çatıb.

Klubdan Fanat.Az-a verilən məlumata görə, 3-cü tur çərçivəsində evdə "Zaqatala"nı yenidkləri (3:0) matçın ardından istirahətə buraxılan futbolçular dünən Yevlax şəhər stadionunda bir araya gələrək hazırlıqları bərpa ediblər.

Sözügedən kollektivin milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə zamanı yoxlama görüşü keçirib-keçirməyəcəyi indilik dəqiqləşməyib.

Xatırladaq ki, Ramiz Məmmədovun çalışdırdığı bölgə komandası ilk 3 turda 6 xal toplayıb və hazırda 1-ci Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər