"İstədik onunla qardaşlığımızı bütün Azərbaycan görsün"

"İstədik onunla qardaşlığımızı bütün Azərbaycan görsün"

Elbrus Məmmədov "Sumqayıt"la oyunla (3:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Aqil Məmmədovla qardaşlığından danışıb: 

"Biz mətbuat konfransını bir yerdə keçirməyi əvvəlcədən planlaşdırmışdıq. İstəyirdik ki, Aqil Məmmədovla Elbrus Məmmədovun qardaşlığını bütün Azərbaycan görsün. Oyuna gəldikdə, son vaxtlar edilən dəyişikliklər bəhrəsini  verdi. Meydançada əzmkar komanda gördüm. Düzdü, ilk dəqiqələrdə bir qədər inamsız çıxış etdik. Amma sonradan hər şey yaxşıya doğru dəyişdi. Qələbəyə görə sevincliyəm”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər