"İnter"lə "Trabzonspor" uddu, "Beşiktaş" xal itirdi

"İnter"lə "Trabzonspor" uddu, "Beşiktaş" xal itirdi
Avropa Liqasında qrup mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, bu gecə 12 qrupda 24 oyun baş tutub.
24 matçda qapılara ümumilikdə 69 qol vurulub ki, bu da hər matçda orta hesabla 2,8 top deməkdi. Qrup mərhələsinin ilu qolu "Apollon" (Cənubi Kipr) - "Sürix" (İsveçrə) matçında qeydə alınıb. 3:2 hesabı ilə başa çatan qarşılaşmanın 9-cu dəqiqəsində meydan sahiblərindən Fotis Papoulis ilk qolun müəllifi olub.
"Qarabağ" evdə Fransanın "Sent-Etyen" klubu ilə sülh bağlayıb - 0:0. F qrupunun digər oyunu isə "Dnepr"lə "İnter" arasında keçirilib. İtaliya klubunun 1:0 hesabı ilə qalib gəldiyi oyunda yeganə qolu 71-ci dəqiqədə Danilo Dambrosio vurub. Bundan 3 dəqiqə əvvəl isə meydan sahiblərindən Ruslan Rotan meydandan qovulub.
Türkiyə təmsilçiləri fərqli nəticələrə imza atıb. Belə ki, "Beşiktaş" "Asteras"la oyunda əldə etdiyi üstünlüyü qoruya bilməyib və heç-heçəyə razılaşıb - 1:1. "Trabzonspor" isə "Metallist"lə səfər matçında 90+2-ci dəqiqədə vurulan qolla qələbəni bayram edib - 2:1.
Gecənin ən böyük hesablı qələbəsini "Styaua" qazanıb. Rumıniya klubu evdə "Olborq"u 6:0 hesabı ilə darmadağın edib. Ən çox qol isə "PAOK" (Yunanıstan) - "Dinamo" (Minsk, Belarus) oyununda qeydə alınıb. Meydan sahibləri 6:1 hesablı qələbəyə sevinib.
"Neftçi"ni Avropa Liqasının qrup mərhələsinə buraxmayan "Partizan" evdə "Tottenhem"lə sühlə razılaşıb - 0:0. "Qarabağ"ı Çempionlar Liqasında mübarizədən kənarlaşdıran "Zalsburq" isə doğma meydanda "Seltik"lə 2:2 hesablı heç-heçə edib.
 
Avropa Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr
A qrupu
Borussiya (Mönhenqladbax, Almaniya) - Vilyareal (İspaniya) 1:1
Qollar: Patrik Herrmann, 21 - İkeçukvu Uçe, 68.
Apollon (Cənubi Kipr) - Sürix (İsveçrə) 3:2
Qollar: Fotis Papoulis, 9. Markos Qullon, 40. Filipe Koç, 87 (avtoqol) - Avraham Rikan, 50. Gilles Yapi, 53.
Qırmızı vərəqələr: Markos Qullon, 80 (Dnepr) - Yassin Çikhaoui, 90 (Sürix).
B qrupu
Kopenhagen (Danimarka) - HİK (Finlandiya) 2:0
Qollar: Nikolay Yorgensen, 68; 81.
Brügge (Belçika) - Torino (İtaliya) 0:0
 
C qrupu
Partizan (Serbiya) - Tottenhem (İngiltərə) 0:0
Beşiktaş (Türkiyə) - Asteras (Yunanıstan) 1:1
Qollar: Gökhan Töre, 33 - Fakundo Parra, 88.
 
D qrupu
Zalsburq (Avstriya) - Seltik (Şotlandiya) 2:2
Qollar: Alan, 36. Conatan Soriano, 78 - Mübarək Vakaso, 14. Skott Broun, 60.
Dinamo (Zaqreb, Xorvatiya) - Astra (Rumıniya) 5:1
Qollar: Hilal Sudani, 17; 24; 45+1. Anqelo Henriquez, 70. Ante Çoriç, 90+2 - Aurelian Çitu, 82
 
E qrupu
PSV (Hollandiya) - Eştoril (Portuqaliya) 1:0
Qol: Luuk de Yonq, 26-pen.
Panatinaikos (Yunanıstan) - Dinamo (Moskva, Rusiya) 1:2
Qollar: Tanasis Dinas, 63 - Stefanos Kotsolis, 40. Aleksey İonov, 49.
F qrupu
Qarabağ (Azərbaycan) - Sent-Etyen (Fransa) 0:0
Dnepr (Ukrayna) - İnter (İtaliya) 0:1
Qol: Danilo Dambrosio, 71.
Qırmızı vərəqə: Ruslan Rotan, 68 (Dnepr).
 
G qrupu
Sevilya (İspaniya) - Feyenoord (Hollandiya) 2:0
Qollar: Timote Kolodzieyçak, 8. Stepan Mbia, 31.
Standard (Belçika) - Rieka (Xorvatiya) 2:0
Qollar: Loran Siman, 74. Viniçius Araujo, 87.
 
H qrupu
Lill (Fransa) - Krasnodar (Rusiya) 1:1
Qollar: Simon Kyear, 63 - Rikardo Laborde, 70. 
Everton (İngiltərə) - Volfsburq (Almaniya) 4:1
Qollar: Rikardo Rodriges, 15 (avtoqol). Seamus Koleman, 45+1. Leyqton Baynes, 47-pen. Kevin Mirallas, 89 - Rikardo Rodriges, 90+4.
 
I qrupu
Napoli (İtaliya) - Sparta (Çexiya) 3:1
Qollar: Qonzalo Hiquayn, 23-pen. Dries Mertens, 51; 81 - Rafael Kabral, 14.
Yanq Boyz (İsveçrə) - Slovan (Slovakiya) 5:0
Qollar: Jan Lecyaks, 5. Renato Steffen, 29. Rafael Nuzzolo, 63. Adrian Nikci, 80. Guillaume Hoarau, 90+2.
 
J qrupu
Rio Ave (Portuqaliya) - Dinamo (Kiyev, Ukrayna) 0:3
Qollar: Andrey Yarmolenko, 20. Yunes Belhanda, 25. Artem Kravets, 70.
Styaua (Rumıniya) - Olborq (Danimarka) 6:0
Qollar: Lusian Sanmartean, 51. Raul Rusesku, 59-pen; 73. Klaudiu Keşeru, 61; 65; 72.
Qırmızı vərəqə: Nikolay Larsen, 57 (Olborq).
 
K qrupu
Fiorentina (İtaliya) - Genqam (Fransa) 3:0
Qollar: Xuan Varqas, 34. Xuan Kuadrado, 67. Federiko Bernardeşçi, 88.
Qırmızı vərəqə: Mustafa Diallo, 38 (Genqam).
PAOK (Yunanıstan) - Dinamo (Minsk, Belarus) 6:1
Qollar: Nemanya Nikoliç, 4 (avtoqol). Stefanos Atanasiadis, 11; 16; 28. Dimitris Papadopoulos, 50. Fanis Tzandaris, 89 - Nemanya Nikoliç, 80.
Qırmızı vərəqə: Slobodan Simoviç, 64 (Dinamo).
 
L qrupu
Metallist (Ukrayna) - Trabzonspor (Türkiyə) 1:2
Qollar: Vladimir Homenyuk, 61 - Kevin Konstant, 40. Avraam Papadopulos, 90+4.
Legiya (Polşa) - Lokeren (Belçika) 1:0
Qol: Miroslav Radoviç, 58.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər