"İnter"in ukraynalı hücumçusu əsas komandaya qayıtdı

"İnter"in ukraynalı hücumçusu əsas komandaya qayıtdı
Qış təlim-məşq toplanışını "İnter"in əvəzedici komandasında keçirən ukraynalı hücumçu Yuri Fomenko yenidən əsas heyətə qaytarılıb. Buna səbəb komandanın hücum xəttində yetərincə problemlərin olmasıdı.
Belə ki, Antalyadakı 4 yoxlama oyunu "İnter"in 5 qolla cari mövsüm ən məhsuldar futbolçusu olan braziliyalı Dieqo Martinsin Hon-Konqa getməsindən sonra hücumdakı problemləri üzə çıxarıb. Yeni transferlər - Qara Qarayev və Sezar Metsa Kollinin hələ tam formasında olmaması, Rauf Əliyevin isə zədədən əziyyət çəkməsi "İnter"in problemlərinin qaydasına düşməməsinə səbəb olub. Belədə baş məşqçi Zaur Svanadze əsas komanda Türkiyədə olduğu müddətdə Azərbaycanda qalıb əvəzedicilərlə məşq keçən, hətta AZAL-la yoxlama oyununda 4 cavabsız qoldan 1-ni vuran Fomenkoya ehtiyac duyub.
Onu da bildirək ki, Yuri Fomenkonun özünə klub tapacağı halda "İnter"lə yarım illik müqaviləsini qarşılıqlı şəkildə pozacağı gözlənilirdi. Lakin özünə komanda tapa bilməyən Yuri bu üzdən Antalya toplanışına getmək imkanını əldən qaçırıb.(Qaynar.info)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər