"İnter" Zaqatalaya tam heyətlə getmir

"İnter" Zaqatalaya tam heyətlə getmir
"İnter" "Simurq"la oyuna tam heyətlə çıxmayacaq. Fanat.az xəbər verir ki, baş məşqçi XXIX turunun matçında Derlis Meza Kollinin xidmətindən yararlana bilməyəcək.
Buna səbəb yarımmüdafiəçinin cəzalı duruma düşməsidi. Belə ki, o, "Rəvan"la matçın 57-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Derlis bundan əvvəl AZAL (XI tur), "Neftçi" (XIV) və "Xəzər Lənkəran"la (XVI) oyunlarda "sarı" almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər