Gürcüstan futbolunun canlı əfsanələrindən biri Levan Kobiaşvili Azərbaycana gəlib. Fanat.az futbol11.az saytına istinadən xəbər verir ki, veteran futbolçu "Şəfa" stadionunda keçirilən “İnter” - “Sumqayıt” matçını canlı izləyib.
Kobiaşvilinin Azərbaycana gəlmə səbəbi “İnter”də çıxış edən dostu Aleksandr İaşvili olub. Levan açıqlmasında bildirib ki, Yaşka ləqəbli futbolçuya baş çəkmək üçün gəldiyi Bakıdan məmnun qalıb.
Qeyd edək ki, vətənində “Olimpi”, “Dinamo”, Rusiyada “Alaniya” klublarında oynamış yarımmüdafiəçinin karyerasının əsas hissəsi Almaniya çempionatı ilə bağlıdı. 36 yaşlı futbolçu Almaniyada “Frayburq”, “Şalke 04” və “Herta” klublarında uğurlu karyera qurub. O, hazırda "Herta"nın formasını geyinir. Levan Gürcüstan yığmasında 100 oyun keçirib və 12 qol vurub.
Fanat.az