2016-cı ildə “Formula-1” yarışının “Qran-pri” mərhələlərindən birinin Bakıda keçirilməsi haqqında rəsmi saziş imzalanıb. Fanat.az xəbər verir ki, bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Bakıda keçiriləcək yarışın “Qran-pri Avropa” adlanacağı gözlənilir. Yarış Bakıda I Avropa Oyunlarından bir il sonra, yəni 2016-cı ildə keçiriləcək. Azərbaycan keçmiş SSRİ-də Rusiyadan sonra “Formula-1” yarışının “Qran-pri” mərhələsini keçirəcək ikinci ölkə olacaq. Saziş Bakıda “Formula-1”-in prezidenti Berni Ekklstoun ilə imzalanıb.
Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun 22 mərhələyədək artırılacağı gözlənilir.
trend.az