Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə yekun vurulacaq. Fanat.Az xəbər verir ki, əvvəlcə "Formula 2"-də ikinci əsas yarış keçiriləcək. Bu, saat 11:00-dan etibarən başlayacaq. Günün ikinci yarısında isə "Formula 1"də qalibin adına aydınlıq gələcək. Əsas yarış saat 15:00-da start götürəcək. Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq. Qeyd edək ki, ötən gün "Formula 2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub. "Formula 1"də isə "Mersedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür. Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.
"Formula-1": Azərbaycan Qran-prisinə yekun vurulur
TREND
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif
Oxşar xəbərlər
Dünya futbolu
17:48
29.11.2026
“Qalatasaray” fransalı futbolçunun transfer şərtlərini dəyişir
Azərbaycan futbolu
17:37
29.11.2026
"" - Yeton Bekiri
Dünya futbolu
17:15
29.11.2026
“Arsenal” “Sportinq”in oyunçusu ilə maraqlanır
Azərbaycan futbolu
17:06
29.11.2026
Azər Bağırov "Qəbələ" ilə oyunu belə şərh etdi