"Formula-1": Azərbaycan Qran prisi başladı

"Formula-1": Azərbaycan Qran prisi başladı

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisi start götürüb. Fanat.Az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək. Artıq "Formula 2" üzrə mübarizə başlayıb. Sərbəst yürüşə saat 10:00-da start verilib. 20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. İlk günün növbəti yarış cədvəli belədir: 12:30. "Formula 1": Birinci sərbəst yürüş 14:00. "Formula 2": Birinci sıralama turu 14:30. "Formula 2": İkinci sıralama turu 16:00. "Formula 1": İkinci sərbəst yürüş Qeyd edək ki, ilk dəfə 2016-cı ildə ev sahibliyi etdiyimiz Azərbaycan Qran-prisinin builki mərhələsi sentyabrın 26-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər