Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Azəryol" İstanbulda meydana çıxıb.
Azərbaycan çempionatının gümüş medalçısı "Fənərbaxça"nın qonağı olub. Oyun Türkiyə klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Azəryol" ilk turda evdə Fransanın "Nant" klubunu 3:2 hesabı ilə yenmişdi.
Voleybol
Çempionlar Liqası
II tur, 26 noyabr
B qrupu
Fənərbaxça (Türkiyə) - Azəryol (Azərbaycan) 3:1 (25:21; 25:20; 19:25; 25:16)
Hakimlər: Milan Labatsa (Çexiya), Andrey Zenoviç (Rusiya).
İstanbul, Burhan Fələk Voleybol Salonu.
Fanat.az