Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, 12 qrupda baş tutan 24 oyundan sonra 1/16 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Bu tura qədər 1/16 final şansını itirən "Qəbələ" son oyununu evdə "Krasnodar"a qarşı keçirib və 0:3 hesabı ilə yenilib. Bununla da təmsilçimiz qrupu qələbəsiz və sonuncu yerdə bitirib.
"Qarabağ"ın mərhələ adlamaq şansı olsa da, bundan yararlana bilməyib. Belə ki, Azərbaycan çempionu səfərdə "Anderleхt"ə 1:2 hesabı ilə yenilib.
Türkiyə "Fənərbaхça" klubu "Seltik"i qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb və İstanbul klubu mərhələ adlayıb.
"Beşiktaş" isə 1/16 finala çıхa bilməyib. Tura qrup lideri kimi başlayan "Qara Qartal"lar səfərdə "Sportinq"ə yenilib - 1:3. Qrupun digər oyununda isə Moskva "Lokomotiv"i "Şkenderbeu"nu 3:0 hesabı ilə yenib. Nəticədə "Lokomotiv" və "Sportinq" mərhələ adlayıb.
İndiyədək 15 komanda 1/16 finala vəsiqəni təmin edib. Daha 8 komanda isə Çempionlar Liqasında qrup üçüncüsü olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirəcək. Bu gecə son 9 vəsiqəninin sahibi müəyyənləşəcək. Bu vəsiqələrə 20 komanda iddiaçı var.
Avropa Liqası
Qrup mərhələsi
VI tur, 10 dekabr
A qrupu
Fənərbaxça (Türkiyə) - Seltik (Şotlandiya) 1:1
Qollar: Markoviç, 39 - Kommons, 75.
Ayaks (Hollandiya) - Molde (Norveç) 1:1
Qollar: Van de Bik, 15 - Sinq, 29.
| 1 | Molde | 6 | 3 | 2 | 0 | 10-7 | 11 |
| 2 | Fənərbaxça | 6 | 2 | 3 | 1 | 7-6 | 9 |
| 3 | Ayaks | 6 | 1 | 4 | 1 | 6-6 | 6 |
| 4 | Seltik | 6 | 0 | 3 | 3 | 8-12 | 3 |
B qrupu
Bordo (Fransa) - Rubin (Rusiya) 2:2
Qollar: Laborde, 58. Loran, 63 - Kannunikov, 31. Ustinov, 76.
Sion (İsveçrə) - Liverpul (İngiltərə) 0:0
| 1 | Liverpul | 6 | 2 | 4 | 0 | 6-4 | 10 |
| 2 | Sion | 6 | 2 | 3 | 1 | 5-5 | 9 |
| 3 | Rubin | 6 | 1 | 3 | 2 | 6-6 | 6 |
| 4 | Bordo | 6 | 0 | 4 | 2 | 5-7 | 4 |
C qrupu
Borussiya D (Almaniya) - PAOK (Yunanıstan) 0:1
Qol: Mak, 33.
Qəbələ (Azərbaycan) - Krasnodar (Rusiya) 0:3
Qollar: Siqurdson, 25. Pereyra, 41. Vanderson, 75.
| 1 | Krasnodar | 6 | 4 | 1 | 1 | 7-4 | 13 |
| 2 | Borussiya | 6 | 3 | 1 | 2 | 10-5 | 10 |
| 3 | PAOK | 6 | 1 | 4 | 1 | 3-3 | 7 |
| 4 | Qəbələ | 6 | 0 | 2 | 4 | 2-10 | 2 |
D qrupu
Midilyand (Danimarka) - Brügge (Belçika) 1:1
Qollar: Sisto, 28 - Vossen, 68.
Napoli (İtaliya) - Legiya (Polşa) 1:1
Qollar: Çaloba, 32. İnsinye, 39. Kallehon, 57. Mertens, 65; 90+1 - Vranjes, 62. Priyoviç, 90+2.
| 1 | Napoli | 6 | 6 | 0 | 0 | 22-3 | 18 |
| 2 | Midilyand | 6 | 2 | 1 | 3 | 6-12 | 7 |
| 3 |