"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe iyunun 11-də başlayacaq dünya çempionatı ilə bağlı arzularını dilə gətirib.

Fanat.Az "YouTube" üzərindən yayımlanan "Sorare" kanalına istinadən xəbər verir ki, 27 yaşlı forvard portuqaliyalı forvard Kriştianu Ronaldu və braziliyalı cinah hücumçusu Neymarla üz-üzə gəlmək istəyini açıqlayıb:

"Bu, Kriştianunun və Neymarın son mundialıdır. Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram".

DÇ-2022-nin finalında Argentinaya uduzan "xoruzlar" qarşıdakı turnirdə Seneqal, Norveç və İraq milliləri ilə eyni qrupda mübarizə aparacaqlar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər