"Dördlər finalı" üçün Bakının namizədliyi

"Dördlər finalı" üçün Bakının namizədliyi
Futzal üzrə UEFA Kubokunun əsas seçmə mərhələsində keçirdiyi hər üç oyunu qələbə ilə başa vurmuş Azərbaycan çempionu "Araz" qrupda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, final mərhələsinin oyunlarına ev sahibliyi etmək üçün artıq AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və bununla bağlı UEFA-ya müraciət edilib.
“Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz”ın mübarizə aparacağı “Dördlər finalı” 2014-cü ilin aprel ayında keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər