Türkiyə Super Liqasının XXVI turundan təxirə salınmış "Qalatasaray" - "Fənərbaxça" derbisi baş tutub. Fanat.az xəbər verir ki, "Türk Telekom Arena"da baş tutan matç 0:0 hesabı ilə yekunlaşıb.
Bu oyunun nəticəsi ən çox "Beşiktaş"a sərf edib. Oyunadək "Fənərbaxça" ilə 6 xal fərqi olan "Qara Qartallar" çempionluq yolundakı əsas rəqiblərinin qələbə qazanmamasını arzulayırdı. Aktivinə 1 xal yazan "Fənərbaxça" sona 6 tur qalmış liderdən 5 xal geri qalır. Təbii ki, bu nəticəyə ən çox sevinən "Beşiktaş" tərəfi olub.
Fanat.az