"Polşaya ümidlə qayıdırıq. Qollu səfər heç-heçəsi yaxşı nəticədi". Fanat.Az xəbər verir ki, bu sözləri "Yagelloniya"nın ukraynalı legioneri Taras Romançuk deyib.
Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutan ilk oyunda (1:1) komandasının yeganə qolunu vuran futbolçu Polşa klubunun saytına danışıb: "Hava nəm və ağır idi. Biz belə havada oynamağa öyrəşməmişik. Rəqib ikinci yarıda daha istəkli göründü. Bir neçə real qol vəziyyəti yaratdılar. Nəticə baxımından şikayətçi deyilik. Amma meydan sahibləri qol vəziyyətlərinin çoxunu boşa verməsəydi, işimiz çətin olardı. Cavab matçına yaxşı hazırlaşmalıyıq. "Qəbələ" təhlükəli komandadı. Bunu fasilədən sonra hamımız gördük. Polşadakı oyunda ehtiyatsızlıq etsək, bizi cəzalandırarlar. Məsələn, 2 qol epizodu yarada və hər ikisində qapımıza yol tapa bilərlər. Mövsümün əvvəli olduğuna görə biz də realizə baxımından problem yaşayırıq. Məncə, bu çatışmazlıq yavaş-yavaş aradan qalxacaq".
Fanat.Az