"Bu onun öz sevincidi, bizə təbrik etmək düşür" - Roman Qriqorçuk

"Bu onun öz sevincidi, bizə təbrik etmək düşür" - Roman Qriqorçuk

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Hesabı ədalətli saymaq olar? Rəqibin hər iki qolunu akademiyanızın yetirməsi vurdu. Bu, sizi sevindirirmi?

- Hər bir futbolçu qol vurarsa bu, onun üçün sevindirci haldı. Bu onun öz sevincidi, bizə təbrik etmək düşür. Nəticəni isə şərh etmək istəmirəm.

- Məhəmməd Mirzəbəyovun oyunundan razı qaldız?

- Heç bir futbolçunun çıxşı ilə bağlı danışmaq istəmirəm. Bu, bizim daxili işimizdi. Səhvlərmizi analiz edəcəyik.

- Son dəqiqələri necə şərh edərdiz? Hakimlikdən razı qaldınız?

- Hakimliklə bağlı fikir bildirməyəcəm. 

- "Qəbələ" 70-ci dəqiqəyə kimi özünü tam göstərə bilmədi. Bu, nə ilə əlaqədardı?

- Bugünkü oyundan çox razıyam.

- Cavid Hüseynov meydana çıxmaq üçün tam hazırdı?

- Şadam ki, o, bizimlədi. Hər şey etməliyik ki, əvvəlki səviyyəsinə qayıtsın.

- Matçın həftəiçinə salınmasını siz istəmişdiniz?

- Bizim komanda tam komplekləşməyib. Belə komanda üçün sıx qrafiklə oynamaq çətindi, amma reallıqla barışırıq. (futbolinfo.az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər