"Beşiktaş"ın futbolçusu Hüqo Almeyda həyat yoldaşı Andreya Almeydadan boşanır. Fanat.az xəbər verir ki, xanım Almeyda Portuqaliyada boşanmaq üçün məhkəməyə müraciət edib.
Bir müddətdi cütlük arasında problemlər var idi. İddialara görə, onların boşanmasına "Beşiktaş" səbəb olub. Belə ki, Almeydanın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. "Beşiktaş" rəhbərliyi futbolçuya illik 2,5 milyon avro qarşılığında 3 illik yeni anlaşma təklif edib. Lakin Andreya ərininin Türkiyədə qalmasını istəmir.
Qeyd edək ki, Andreya əri "Beşiktaş"la müqavilə bağlayan zamanı İstanbulda yaşamağa başlamışdı. Lakin qızları Matildanın Sultanahmet Meydanında qaçırılmağa cəhd edilməsindən sonra Türkiyəni tərk etmiş və bir daha geri dönməmişdi.
Fanat.az