"Beşiktaş"lı futbolçu qol vurdu, arvadı-qızı söyüldü - FOTO

"Beşiktaş"lı futbolçu qol vurdu, arvadı-qızı söyüldü - FOTO

"Beşiktaş"ın Çempionlar Liqasında "Benfika" ilə keçirdiyi səfər matçındakı qolunu vuran və komandaya bir xal qazandıran Andreson Taliska Portuqaliyada hədəfə çevirilib.

Fanat.Az xəbər verir ki, Türkiyə klubunun "Benfika"dan icarəyə götürdüyü braziliyalı futbolçunun həyat yoldaşı Anna Paula Ramos və qızı fanatlar tərəfindən təhqir olunub.

Taliskanın həyat yoldaşını söyən fanatlar "Benfika" sizi səfalətdən qurtardı. Ailəniz bu hörməti haqq etmir. Utanmalısınız. Qızın və sən meymuna oxşayırsınız, zibil, it" yazıb. 

Taliskanın həyat yoldaşı isə təhqiqlərə belə cavab verib: "Lənətə gəlmişlər, qızımın adını da o pis ağızlarına alırlar. İrqçilik edirlər".

"Beşiktaş"lı futbolçu qol vurdu, arvadı-qızı söyüldü - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər