"Beşiktaş"la "İnter" uduzdu, "Roma" "sülh"ə razılaşdı

"Beşiktaş"la "İnter" uduzdu, "Roma" "sülh"ə razılaşdı
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Fanat.az xəbər verir ki, 16 komanda 1/4 final mərhələsinə vəsiqə uğrunda mübarizəyə başlayıb.
 
Türkiyənin "Beşiktaş" klubu "Brügge"nin qonağı olub. Hesabı türklər açsa da, belçikalılar 2 qol vuraraq qələbə qazanıb - 2:1.
"Zenit" evdə "Torino"nu 2:0 hesabı ilə yenib. Moskva "Dinamo"su səfərdə "Napoli"yə 1:3, Kiyev "Dinamo"su "Everton"a 1:2 hesabı ilə uduzub.
Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "İnter" "Volfsburq"a yenilib - 1:3. "Dnepr" isə "Ayaks"ı 1:0 hesabı ilə məğlub edib.
İtaliya və İspaniya eyni ölkələrin komandaları qarşılaşıb. İtaliyada baş tutan "Fiorentina" - "Roma" oyununda qalib müəyyənləşməyib - 1:1. İspaniyada isə "Sevilya" səfərdə "Vilyarreal"a 3:1 hesabı ilə qalib gəlib.
Avropa Liqası
1/8 final
İlk oyunlar
12 mart
Zenit (Rusiya) - Torino (İtaliya) 2:0
Qollar: İqor Smolnikov, 38. Domeniko Kriskito, 53.
Qırmızı vərəqə: Marko Benassi, 28 (Torino).
Brügge (Belçika) - Beşiktaş (Türkiyə) 2:1
Qollar: Tom De Sutter, 62. Lior Refaelov, 79 - Gökhan Töre, 46.
Dnepr (Ukrayna) - Ayaks (Hollandiya) 1:0
Qol: Roman Zozulya, 30.
Volfsburq (Almaniya) - İnter (İtaliya) 3:1
Qollar: Naldo, 28. Kevin De Bruyne, 63; 76 - Rodriqo Palasio, 6.
Everton (İngiltərə) - Dinamo (Kiyev, Ukrayna) 2:1
Qollar: Steven Naismit, 40. Romelu Lukaku, 82-pen - Oleq Qusev, 14. 
Fiorentina (İtaliya) - Roma (İtaliya) 1:1
Qollar: Yosip İliciç, 17 - Seydu Keyta, 77.
Napoli (İtaliya) - Dinamo (Moskva, Rusiya) 3:1
Qollar: Qonzalo Hiquayn, 25; 31; 55 - Kevin Kuranyi, 2.
Qırmızı vərəqə: Roman Zobnin, 46 (Dinamo).
Vilyarreal (İspaniya) - Sevilya (İspaniya) 1:3
Qollar: Lusiano Vietto, 48 - Vitolo, 1. Stepane Mbia, 26. Kevin Qameyro, 50.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər