"Beşiktaş"la "İnter" Avropadan getdi, "Dnepr" 1/4 finalda

"Beşiktaş"la "İnter" Avropadan getdi, "Dnepr" 1/4 finalda

Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, eyni gündə baş tutan bütün qarşılaşmalarda 1/4 finalçılar bəlli olub.

 

Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” İstanbulda Belçika “Brügge”si ilə qarşılaşıb. İlk görüşdə rəqibinə uduzan (1:2) “qara qartallar” növbəti mərhələyə keçmək niyyətində idi. Təəssüf ki, Slaven Biliçin yetirmələri qalib gəlməyi bacarmayıb. Görüşdə “Beşiktaş” yenə məğlub olub - 1:3.

 

“Roma” evdə "Fiorentina” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan ilk oyunda qolsuz bərabərlik də qonaqlara sərf edirdi. Florensiya klubu meydan sahiblərini 3:0 hesabı ilə üstələyib.

 

Beləliklə, “Napoli”, "Fiorentina”, Kiyev “Dinamo”su, “Brügge”, "Volfsburq", “Sevilya”, “Zenit” və “Dnepr” 1/4 finala vəsiqə qazanıblar.

 

Avropa Liqası

1/8 final

Cavab oyunları

19 mart

Dinamo (Moskva, Rusiya) - Napoli (İtaliya) 0:0

İlk oyun - 1:3.

 

Roma (İtaliya) - Fiorentina (İtaliya) 0:3

Qollar: Rodriqes, 9-pen. Alonso, 18. Basanta, 22.

İlk oyun - 1:1.

 

Dinamo (Kiyev, Ukrayna) - Everton (İngiltərə) 5:2

Qollar: Yarmolenko, 21. Teodorazyk, 35. Veloso, 37. Qusev, 57. Antunes, 76 - Lukaku, 29. Jaqyelka, 82.

İlk oyun - 1:2.

 

Ayaks (Hollandiya) - Dnepr (Ukrayna) 2:1

Qollar: Bazoer, 60. Van der Hoorn, 117 - Konoplyanka, 97.

İlk oyun - 0:1.

 

Beşiktaş (Türkiyə) - Brügge (Belçika) 1:3

Qollar: Ramon, 48 - de Sutter, 61. Bolinqoli-Mbombo, 80; 90.

İlk oyun - 1:2.

 

İnter (İtaliya) - Volfsburq (Almaniya) 1:2

Qollar:  Palasio, 71 - Kaliqyuri, 24. Bendtner, 89.

İlk oyun - 1:3.

 

Sevilya (İspaniya) - Vilyarreal (İspaniya) 2:1

Qollar: İborra, 69. Suares, 83 - dos Santos, 73.

İlk oyun - 3:1.

 

Torino (İtaliya) - Zenit (Rusiya) 1:0

Qol: Qlik, 90.

İlk oyun - 0:2.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər