"Beşiktaş"ın üzvü Bakı klubunda

"Beşiktaş"ın üzvü Bakı klubunda
Bakının "Telekom" voleybol klubu heyətinə yeni voleybolçu qatıb. Fanat.az хəbər verir ki, paytaхt təmsilçisi Qabriela Koyeva ilə güclənib.
Bolqarıstan millisinin üzvü son 3 mövsümü "Beşiktaş"da keçirib. O, əvvəllər vətənində "Spartak 96", ÇSKA, İsveçrədə "Volero" və İtaliyada "Minerva Volley Pavia" klublarının formasını geyinib. 26 yaşlı voleybolçu Bolqarıstan, İsveçrə çempionluğunu, həmçinin İsveçrə Kubokunu və Super Kubokunu, Balkan Kubokunu qazanıb, CEV Kubokunda final oynayıb.
Konyeva Bolqarıstan millisi ilə 2011 və 2013-cü illərdə Avropa Liqasının bürünc mükafatını qazanıb. Voleybolçu milli komanda ilə sentyabrın 26-da Belçika və Hollandiyada başlayacaq Avropa çempionatında iştirak edəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər