"Beşiktaş"ın qapıçısı ölümdən döndü

"Beşiktaş"ın qapıçısı ölümdən döndü
"Qalatasaray" - "Beşiktaş" matçında həyacanlı anlar yaşanıb. Fanat.az xəbər verir ki, qonaq komandanın qapıçısı Cenk Gonen ölümdən dönüb.
Belə ki, ikinci yarının əvvəlində zədələnən qapıçı Tolqa Zenginin yerinə meydana çıxan Cenk Gonen 84-cü dəqiqədə Burak Y?lmazla mübarizədən sonra yerdə qalıb. Belə ki, Burakın ayağı Cenkin başına dəyib. Başından aldığı zərbədən sonra yerdə qalan qolkiperə ilk müdaxiləni komanda yoldaşları və Didye Droqa edib. Daha sonra isə həkimlər onun köməyinə yetişib. Nəticədə oyun 11 dəqiqə dayanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər